"Bico" xalçaları

Bico xalçalarıQafqazın ən məşhur xalçatoxuma məntəqələrindən olan Bico kəndinin (indiki Ağsu rayonunun ərazisinə daxildir) adı ilə bağlı xalçalar.

Xalça
Bico
Xalça haqqında məlumatlar
Tam adı "Yeni Bico" xalçası (19-cu əsrin əvvəli)
Məktəbi Şirvan xalçaçılıq məktəbi
Növü Xovlu xalça
Ölkə Azərbaycan
Bölgə Şirvan
Kənd Bico kəndi
Toxunması haqqında məlumatlar
Sənətkarı bicolular
Üslubu Şirvan xalçaçılıq məktəbi
Digər məlumatlar
Material yun
Düyünlərin sayı 1 kv. m-də 250-300 min ilmə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan "Bico xalçaları" hazırda Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin adını daşıyır. Bico xalçaları Bicodan başqa Qəşəd, Göylər, Pirhəsənli, Udullu, Şirvan xalçaçılıq məktəbinin digər məşhur xalçatoxuma məntəqələrində, eyni zamanda Qubadaİranda da istehsal olunub. Azərbaycanın xalq rəssamı Lətif Kərimov, "-Bico xalçalarının texniki və incəsənət nöqteyi-nəzərindən təkcə Şirvanda deyil, bütün Qafqazda ən məşhur xalça hesab olunur" qeyd edirdi.[1] XIX əsrin ikinci yarısında Azərbaycandan Nijni Novqorod şəhərinə ixrac olunan Bico xalçaları öz milli koloriti və mürəkkəb ornament kompozisiyası ilə diqqəti cəlb edirdi.

19-cu əsrin əvvəllərinə aid Şirvan Bico xalçasının təhlili.

Bədii təsvir[redaktə | mənbəni redaktə et]

Təkcə Azərbaycanda yüksək qiymətləndirilməklə kifayətlənməyərək, eyni zamanda xarici sənətşünasıların və kolleksionerlərin də diqqətini özünə cəlb edən "Bico" xalçaları 18–19-cu əsrlərdə əsasən iki variantda istehsal edilmişdir:

Birinci variant

Orta sahənin mürəkkəb kompozisiyası punktir xətlərlə doldurulmuş ornamentlərdən ibarətdir. Sahə mərkəzi üçbucaqın üfiqi xətt boyunca iki böyük hissəyə, şaquli xətt boyunca orta ölçülü bir neçə rapportlara bölünmüşdür. Rapportun yanlarında xalq sənətkarları arasında "kəpənək" adlanan böyük dişli element, orta nöqtədə isə "toqqa" (kəmər) adlanan dördguşəli element yerləşir.

Xalçanın orta sahəsi bir-birinin ardınca yerləşən dairəvi elementlərlə əhatə olunmuşdur. Xalça ustaları bunu "alma" adlandırırlar. Orta sahədə həmçinin bir-neçə səkkizgüşəli elementlər (bunlar da həmçinin "toqqa" adlanır), "kəlbətin" adlanan dördguşəli bəzək elementləri və tamamlayıcı və dolurucu əhəmiyyət kəsb edən məişət əşyalarına aid predmetlərin təsvirləri mövcuddur.

Mürəkkəb naxışlı qədim "Bico" xalçalarında heyvan və insan təsvirlərinə də rast gəlinir. Belə qənaətə gəlinir ki, bu variantın orta sahəsinin kompozisiyasında toy və digər mərasimlərlə bağlı səhnələr də əks etdirilmişdir. Bico xalçalarının ən məşhur versiyası olan sözügedən kompazisiya XIX əsrin sonlarından etibarən orijinal formadan çıxarılmış, ayrı-ayrı, daha sadə versiyalarda toxunmağa başlanmışdır. Təxminən 150 ildən sonra-2016-cı ildə bu xalça kompazisiyası yenidən Bico kəndində, kənd sakini Zahid Qəhrəmanovun ailəsində toxunmuş və bununla da yenidən məşhurlaşmağa başlamışdır.

İkinci variant

"Bico" xalçasının ikinci variantının orta sahə kompozisiyasında bir-birinin üzərində olan səkkizguşəli göllər bu variantda toxunmuş xalçaların əsas xüsusiyyətidir. Göllərin ətrafında, həmçinin orta sahənin doldurulmamış aralıqlarında yalnız "Bico" xalçalarına xas olan, xalçaçılar tərəfindən "bükmə" adlanan elementlər yerləşir. Bu elementlər "Bico" xalçalarının ikinci varianın əsas elementi olmaqla, onu birinci variantdan fərqləndirən əsas bədii xüsusiyyətdir.

Göllərin mərkəzində yerləşən qarmaqlı böyük elementlər, orta xətt boyunca göllərin ətrafına yayılmış "bükmə" naxışları, eyni zamanda xalçanın ümumi quruluşu bu xalçaların meydana gəlməsi tarixinin qədim dövrlərə aid edilməsinə əsas verir.

Orta xətti və zolaqları əhatə edən köbə haşiyəsi "Bico" xalçaları üşün xarakterik olan və hər iki varintda tətbiq edilən mədaxil, zəncirə və orta haşiyə elementlərindən ibarətdir.

"Bico" xalçası, 19-cu əsr

Texniki xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

"Bico" xalçaları, adətən, 120x200 sm-dən 150x250 sm-ədən ölçülərdə toxunur. Bu xalçaların hətta uzununa artırılaraq 120x300 sm olçüsündə toxunanları da mövcudur.

Naxışların sıxlığı hər kvadrat desimetrdə 40x50 naxışdan 55x60 naxışa qədərdir (hər kvadrat metrdə 200.000-dən 300.000 naxışa qədər).

Xovun qalınlığı 4–5 mm-dir.

"Quba-Bico" xalçası, 1856-cı il; ABŞ, Nyu-york, Bruklin muzeyi-İslam Dünyası İncəsənət kolleksiyası

"Quba-Bico" xalçaları[redaktə | mənbəni redaktə et]

Bu xalçalar Quba xalçaçılarının toxuduğu ən məşhur incəsənət əsərlərindən sayılır. Quba xalçaçılıq məktəbinə aid edilsə də Qərb mütəxəssisləri bu xalçaların Şirvan xalçaçılıq məktəbinə daxil olan qədim Bico xalçalarının çeşniləri üzərində toxunmasını qeyd edirlər. Bir çox hallarda "Qubada toxunmuş Bico xalçası" kimi də tanıdılır. 18–19-cu əsrlərdə toxunmuş və "Quba-Bico" adlandırılan xalçalar indi dünyanın bir çox muzeylərində saxlanılır.

Şəkilləri[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Керимов Л.Г. 'Азербайджанский ковер. Том III' — Баку: Гянджлик, 1983, 144 c.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Керимов Л.Г. 'Азербайджанский ковер. Том III', Баку: Гянджлик, 1983,144 c., c.45